Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan tezliklə İrəvana qayıdacaq.
Axar.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
“Ermənistan hakimiyyəti hələ yay aylarında 2024-cü ilin avqustunda bu vəzifəyə təyin edilmiş səfirin dəyişdirilməsi barədə qərar qəbul edib. Lakin Ermənistanın Rusiyadakı diplomatik missiyasının yeni rəhbərinin təyinatı təxirə salındığı üçün Arsenyan vəzifələrini yerinə yetirməyə davam edib. O, artıq əşyalarını yığışdırmağa başlayıb. İrəvan Avropa ölkələrində səfir, 2004–2010-cu illərdə isə ölkənin NATO-dakı nümayəndəsi vəzifəsində çalışmış 67 yaşlı Samvel Mkrtçyanı Moskvaya ezam etmək qərarına gəlib. Lakin Rusiya onun aqremanının (səfir təyinatına rəsmi razılıq - red.) verilməsini yubadır”, – məlumatda deyilib.