İrəvan ŞƏT ə qoşulmaq üçün rəsmi istəyini bildirdi

03.07.2025

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv olmaq üçün rəsmi istəyini bildirib.

Axar.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, İrəvan təşkilatın əsas prinsiplərini - ərazi bütövlüyünə hörmət, güc tətbiq etməmək və dövlət sərhədlərinin toxunulmazlığını bölüşür:

“Məhz bu prinsiplər əsasında ölkə təşkilata qoşulmağa cəhd etmək qərarına gəlib”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью