İrəvan sürətlə silahlanır: Yenə “Akash” göndərilir KONKRET

12.11.2024

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Hindistan “Akash” zenit raket kompleksinin ilk batareyasını Ermənistana göndərir.

KONKRET.az Globalinfo.az-a istinadla xəbər verir ki, məlumatı “Akash” komplekslərinin istehsalçısı olan “Bharat Electronics Limited” şirkəti yayıb.

“Hindistan hökumətində müdafiə istehsalı üzrə katib Sanciv Kumar “Akash”ın ilk batareya sistemlərinin xarici dost ölkəyə eksporta barədə siqnal verdi”, –məlumatda bildirilib.

Qeyd edək ki, “Akash” sistemləri yer-hava tipli raketlərə sahibdir. O, təyyarələr, raketlər, hava-torpaq tipli raketləri, eləcə də PUA-ları 25 kilometrə qədər məsafədə məhv etmək gücündədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью