Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına yeni direktor təyinatı olub. Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Hacıbaba İsmayıl oğlu Məmmədov teatrın direktoru təyin edilib.
Modern.az saytı Hacıbaba Məmmədovun qısa dosyesini təqdim edir:
Hacıbaba İsmayıl oğlu Məmmədov 1 iyun 1964-cü ildə Naxçıvan MR Culfa rayonu Xanağa kəndində anadan olub. 1982-1984-cü illərdə hərbi xidmətdə olub. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnsitutunun dram və kino aktyoru fakültəsinə daxil olub, 1989-cu ildə institutu bitirib.
1989-2000-ci illərdə “YUĞ” Teatrında aktyor, 2000-2002-ci illərdə Dövlət Pantomim Teatrında aktyor, 2003-2010-cu illərdə “Qanun” MMC-də mətbəə müdiri, 2010-2014-cü illərdə Bakı Uşaq Teatrında direktor müavini işləyib.
2014-cü ildən Akademik Milli Dram Teatrında əvvəlcə inzaibatçı, 2016-cı ildən isə direktor müavini vəzifəsində çalışıb.