İrəvan TRIPP ə görə İrana SÖZ VERİB

08.07.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

“TRIPP (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) layihəsinin  yaratdığı risklərin idarə edilməsi və çətinliklərin aradan qaldırılması İran-Ermənistan münasibətlərinin gündəliyində qalmalıdır və qalacaq”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Xəlil Şirqulami 8 iyulda keçirilən mətbuat konfransında bildirib.

Diplomat əlavə edib ki, İran və ABŞ arasında memorandum imzalandıqdan bəri Vaşinqton onun müddəalarını dəfələrlə pozub:

"Buna görə də İranın sərhədlərində Amerikanın mövcudluğu ilə bağlı narahatlıqları çox qanuni və məntiqlidir, buna aydın cavab verilməlidir", - Şirqulami vurğulayıb.

Səfir deyib ki, Ermənistan hökuməti TRIPP layihəsinin həyata keçirilməsinin İran üçün heç bir təhlükə yaratmadığına və Amerikanın bölgədə mövcudluğu nəticəsində heç bir çətinlik törətmədiyinə zəmanət verib: 

"Ermənistan hökumətinin vəziyyətin qarşısını almaq üçün tam potensialı reallaşdıra biləcəyi mexanizmlər hazırlamaq lazımdır, eyni zamanda Amerikanın mövcudluğuna və İran üçün mümkün risklərə və təhdidlərə aydın cavab verilməlidir".

Xəzər
“Cebheinfo.az”

Açar sözlər: TRIPP İran

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью