İrəvan Türkiyə ilə sərhəddə buraxılış məntəqəsi tikdi KONKRET

27.02.2025

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Marqara” Sərhəd-Buraxılış Məntəqəsinin açılması təkcə Ermənistandan asılı deyil.

KONKRET.az Armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetmə naziri David Xudatyan deyib.

O bildirib ki, ərazidəki tikinti işləri artıq başa çatıb: “Bilirik ki, hökumət başçısı Nikol Paşinyan həmin məntəqəni ziyarət edib. Orada aparılan tikinti işləri başa çatıb. Lakin bu sərhəd-buraxılış zonasının açılması təkcə Ermənistanın mövqeyindən asılı deyil”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью