İrəvan üzərindən Bakıya uçan təyyarə kimə məxsusdur?

17.03.2026

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Əlcəzair Hərbi Hava Qüvvələrinin Ermənistan üzərindən Bakıya uçuşu diplomatik məqsədlər üçün həyata keçirilib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Fevralda təyyarə Türkiyədən Azərbaycana uçub və daha sonra Ermənistan üzərindən Əlcəzairə qayıdıb.

"Qarşı tərəfin verdiyi məlumata görə, Bufarikdən Bakıya "C-130J" təyyarəsinin uçuşu diplomatik məqsədlər üçün həyata keçirilib", - deyə açıqlamada deyilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью