İrəvan və Ankara arasında yeni müzakirə: İlk o yol açılacaq

21.10.2025

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yaxın vaxtlarda Gümrü-Qars dəmir yolunun bərpası ilə bağlı Ermənistan və Türkiyə nümayəndələri arasında müzairələr keçiriləcək. 

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi üzrə İrəvanın xüsusi nümayəndəsi, Milli Assambleyanın vitse-spikeri Ruben Rubinyan deyib.

Rubinyan təfərrüatların görüşdən sonra açıqlanacağını bildirib.

Qeyd edək ki, iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində sonuncu danışıqlar sentyabrın 12-də İrəvanda baş tutub.

Əliyar Xəlil
Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью