İrəvan və Bakı ABŞ də “niyyət memorandumu” imzalayacaq KİV

05.08.2025

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Vaşinqtonda sülh sazişi deyil, yalnız “niyyət memorandumu” imzalayacaqlar.

Ölkə.az xəbər verir ki, bu barədə “Middle East Eye” öz mənbələrinə istinadən yazıb.

Artıq xəbər verildiyi kimi, ötən gün Paşinyan və Əliyevin Vaşinqtona mümkün səfəri ilə bağlı məlumat yayılıb. Belə ki, cümə günü ABŞ prezidenti Donald Tramp Paşinyanı, daha sonra Prezident İlham Əliyevi qəbul edəcək. Ondan sonra üçtərəfli bəyanat olacaq.

Rəsmi İrəvan bu məlumatı nə təkzib, nə də təsdiqləyib.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью