İrəvan və Bakı qarşılıqlı olaraq yolları açacaqlar Ruben Rubinyan

08.08.2025

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Ermənistan Parlamentinin vitse-spikeri Ruben Rubinyan, Vaşinqtonda üçtərəfli danışıqlar ərəfəsində, Ermənistanın hansı razılaşmalarla getməyə hazır olduğunu açıqlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə o, özünün sosial şəbəkə hesablarda yazıb.

“Razılaşma suverenlik, ərazi bütövlüyü və yurisdiksiya əsasında blokadanın açılmasından bəhs edir. Yəni, bizim vəziyyətimizdə Ermənistandan keçən bütün yollar və infrastruktur tam suverenliyimiz və yurisdiksiyamız altında olacaq, ərazi bütövlüyümüz çərçivəsində və qanunvericiliyimizə uyğun fəaliyyət göstərəcək”, - deyə o bildirib.

Rubinyanın sözlərinə görə, blokadanın açılması, bu o deməkdir ki, əgər Azərbaycanın yolları açılırsa, Ermənistan üçün də açılacaq və qarşılıqlı üstünlüklərlə olacaq.

“Bu, həqiqətdir, əmrlə kənardan gələn səs-küyə fikir verməyin. Və əlavə rəsmi məlumatlardan sonra narahatlıqlar səmimi olaraq aradan qaldırılacaq”, - deyə o bildirib.

Qeyd edək ki, bu gün Vaşinqtonda ABŞ Prezidenti Donald Trump Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevi qəbul edəcək və onlarla danışıqlar aparacaq. Sazişin imzalanması gözlənilir, lakin rəsmi olaraq açıqlanmayan razılaşmanın bəzi detalları artıq mətbuata sızıb.

"Xüsusilə, birgə bəyanatın imzalanması, Ermənistan və Bakı arasında sülh razılaşmasının imzalanması, ATƏT-in Minsk Qrupundan çıxmaq haqqında sənəd və Ermənistana dair ayrı bir memorandumun imzalanması ilə əlaqədar razılaşmalar müzakirə olunur", - deyə Ermənistan mətbuatı yazır.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью