İrəvan və Moskva arasında gərginlik: Səfir XİNə çağırıldı

15.01.2025

Teleqraf.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qurum bildirib ki, səfir Rusiya dövlət televiziyasında yayımlanan “Həftəlik xəbərlər” proqramı ilə əlaqədar nazirliyə çağırılıb. Nazirlik yanvarın 12-də efirə gedən proqramda Ermənistanın suverenliyi və ərazi bütövlüyünə qarşı fikirlər səsləndirildiyini iddia edib.

“Görüşdə səfirə müvafiq etiraz məktubu təqdim olunub”, - açıqlamada deyilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью