GlobalInfo saytına istinadən Icma.az xəbər verir. ATƏT-in baş katibi, türkiyəli diplomat Firudin Sinirlioğlu Ermənistana səfəri çərçivəsində
İki ay əvvəl isə Sinirlioğlu Paşinyanla Münhen Təhlükəsizlik Konfransında görüşmüşdü.
F.Sinirlioğlu İrəvandakı görüşlərdə Ermənistanın ATƏT-lə əməkdaşlığı və Azərbaycanla aparılan danışıqların hazırkı vəziyyətini müzakirə edib.
Əvvəlcə deyim ki, Sinirlioğlunun ATƏT-in baş katibi təyin edilməsi Azərbaycanda müsbət qarşılanmışdı.
Rəsmi Bakı bu günə qədər bu təşkilatdan, xüsusilə ATƏT-in Minsk qrupundan çox ədalətsizlik görüb.
Keçmiş Dağlıq Qarabağ münaqişəsinin 30 il ərzində həll edilməməsinin və sonda müharibənin başlamasının əsas günahkarı məhz ATƏT-in Minsk qrupudur.
Bu baxımdan Mirzoyan və Sinirlioğlunun İrəvanda keçirilən görüşdə müzakirə etdiyi iki məsələ diqqət çəkir: Ermənistanla Azərbaycan arasında sülh sazişini müzakirə ediblər; Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesi barədə də fikir mübadiləsi aparıblar; Azərbaycanla Ermənistan arasında sülh prosesi uğurla davam edir: 17 bəndlik sülh mətni razılaşdırılıb.
Lakin sülhün qalıcı olması və gələcəkdə gərginliyin yenidən alovlanmaması üçün Azərbaycanın sülh sazişindən əlavə şərtləri var.