GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ermənistanın Rusiyadakı yeni səfiri Qurgen Arsenyan Moskvada fəaliyyətinə kifayət qədər güclü şəkildə başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Oragir” məlumat yayıb.
Arsenyanın qısa müddətdə 550 nəfərlik siyahı hazırladığı və Ermənistan Xarici İşlər Nazirliyinə göndərdiyi bildirilir.
Məlumata görə, siyahıda Rusiyada fəaliyyət göstərən erməni jurnalistlər, mədəniyyət xadimləri, politoloqlar, Rusiya Erməniləri İttifaqının üzvləri və s.
kimi şəxslərin adları var. Həmin şəxslərin Ermənistana buraxılmaması nəzərdə tutulub.
Siyahının artıq İrəvan rəhbərliyinə təqdim edildiyi deyilir.
İddialara görə, Baş nazir Nikol Paşinyan bu siyahının hazırlanmasını Q.Arsenyana xüsusilə tapşırıb.