İrəvana qaytarılan tülkü yenə danışdı: Paşinyan və Simonyana… Video KONKRET

25.01.2026

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

İrəvana qaytarılan cinayətkar Gevorq Sujyan video müraciətlə çıxış edərək Ermənistan rəhbərliyinə təşəkkür edib.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, Sujyan müraciətində ona göstərilən diqqəti və dəstəyi yüksək qiymətləndirib, bu münasibətin çətin günlərdə ona mənəvi dayaq olduğunu bildirib.

Sujyan xüsusilə Ermənistanın baş naziri Nikol Paşinyana minnətdarlığını ifadə edib. Onun sözlərinə görə, Paşinyan Bakıya gətirildikdən sonra onunla əlaqə saxlayıb, ailəsinin vəziyyəti ilə maraqlanıb. Bildirilib ki, Ermənistan hökumətinin nümayəndələri sosial və psixoloji məsələlərlə yanaşı, ailə üzvlərinin gündəlik problemlərinə də diqqət göstəriblər.

Cinayətkar müraciətində Ermənistan parlamentinin spikeri Alen Simonyanın da adını çəkərək, ailəsinə məlumat verilməsi prosesində roluna görə ona təşəkkür etdiyini deyib.

Qeyd edək ki, Sujyan və onunla birlikdə olan şəxslər 44 günlük müharibə başa çatdıqdan sonra — 10 noyabr 2020-ci ildə Azərbaycan ərazisinə qanunsuz şəkildə daxil olarkən saxlanılıblar. Onlar Laçın–Kəlbəcər istiqamətində tutulub və silahlı terror-diversiya qrupu kimi zərərsizləşdiriliblər. Saxlanılma zamanı üzərlərində avtomat silahlar, patronlar və əl qumbaraları aşkar edilib, qrupun hərbi geyimdə və koordinasiyalı şəkildə hərəkət etdiyi müəyyənləşdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью