“İrəvanda 150 min yerli türk yaşamaqdadır” Türkiyə mətbuatında Qərbi Azərbaycan | Icma.az
Teleqraf.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ötən yazılarımızın birində (“Türkiyə arxivlərində irəvanlılar”) İrəvandan Türkiyəyə olan köçlər, eləcə də İstanbulda və Qars şəhərində dəfn edilən soydaşlarımızın məzar yerləri barədə məlumat vermişdik.
Bu yazımızda Türkiyə mətbuatında İrəvanla bağlı məsələlərdən bəhs edəcəyik.
1927-ci ildə İstanbulda nəşr olunan “Maarif vəkaləti” məcmuəsində “Ermənistanda maarif hərəkatları və ictimai təşkilat” adlı geniş həcmli məqalədə Ermənistan SSR-dəki elmi, ictimai qurumlar haqqında maraqlı məlumatlar verilib.
İrəvan şəhbəndəri Mehmed Ragıb bəyin hazırladığı bu hesabatda İrəvanda iki darülmüəlliminin (müəllim yetişdirən məktəb) olduğunu, birinin türklərə, digərinin ermənilərə məxsusluğu qeyd edilib: “Türklərin məktəbi Azərbaycan hökuməti tərəfindən təsis edilmiş, yatılı və pulsuzdur.
Bu məktəbin bütün xərclərini qeyd olunan hökumət hər il müntəzəm olaraq ödəyir.
Dörd sinifdən ibarətdir və qəzalarda Türk İbtidai Məktəbləri üçün müəllim yetişdirir. 95 oğlan və 15 qız şagirdi var”.
Hesabatda Azərbaycan türkcəsində çıxan “Zəngi” qəzetindən də bəhs edilib: “Həftəlik türk dilində bir qəzettir.
Tam oxu
Xəbəri oxu