Icma.az, Axar.az saytına istinadən bildirir.
İrəvanın Silva Kaputikyan küçəsində 3-ü sərnişin, biri betonqarışdıran olmaqla, 4 avtomobil toqquşub. Toqquşmanın ardınca yanğın başlayıb.
Axar.az erməni mediasına istinadla xəbər verir ki, yanğın partlayışlarla müşayiət olunur.
Saat 16:00 civarında başlayan yanğın hələ də davam edir. Hadisə yerində yanğınsöndürənlər işləyir. Zərərçəkənlərlə bağlı məlumat dəqiqləşdirilir.