Icma.az, Cebheinfo portalına istinadən məlumat verir. Son zamanlarda Ermənistanda Baş nazir Nikol Paşinyanla bütün ermənilərin katolikosu II
Tərəflər qarşılıqlı olaraq bir-birini ittiham edirlər. Görünən odur ki, kilsə-Paşinyan qarşıdurması artıq növbəti mərhələyə keçib.
Çünki kilsənin keşiş Baqrat Qalstanyan planı fiaskoya uğradı.
Onu Paşinyana rəqib kimi ortaya çıxarsalar da, ciddi müqavimət göstərə bilmədi. Bu səbəbdən də kilsə “B variantı”na əl atdı.
Bu dəfə keşişdən daha nüfuzlu şəxsi Baş nazir Paşinyanla qarşı-qarşıya qoydular.
Daha dəqiq desək, bu mübarizədə keşiş Baqratı II Qaregin əvəzlədi. Nəticədə, indi onunla Paşinyan arasında söz dueli başladı.
Ümumiyyətlə, kilsə Ermənistanda hakimiyyəti dəyişəcək gücdədirmi? Kilsə həqiqətən Nikol Paşinyanı devirə bilər?
Mövzu ilə bağlı Azad Vətən Partiyasının (AzVP) Siyasi Şuarsının sədri, siyasi ekspert Novruz Novruzov “Cümhuriyət”-ə açıqlamasında bildirib ki, Nikol Paşinyan devrilsə, hakimiyyətə “ikinci Paşinyan” gələcək: “Erməni ideoloqlar tarixdə heç vaxt mövcud olmayan, sadəcə uydurulmuş 300 min kvadrat kilometr əraziyə malik erməni dövlətinin dirçəldilməsi uğrunda “mübarizədə” Erməni Apostol Kilsəsinin gücündən hərtərəfli istifadə edirlər.