İrəvanda aksiyaya başladılar

26.11.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

İrəvanda bir qrup separatçı hökumət binasının qarşısında etiraz aksiyası keçirib. Buna səbəb Ermənistan hakimiyyətinin Qarabağda doğulmuş vətəndaşların yeni biometrik pasportlarında doğum yeri kimi Azərbaycanı göstərmək barədə qərarı olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan KİV yazıb.

Qeyd edək, Ermənistan vətəndaşlığı almış Qarabağdan olan köçkünlərin yeni biometrik sənədlərində "doğulduğu yer" bölməsində "Azərbaycan" sözü yazılır. Separatçılar bu qərarla razılaşmırlar. Ölkənin Daxili İşlər Nazirliyi bu halı beynəlxalq standartlarla əsaslandırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью