İrəvanda atışma: 3 yaralı var FOTO

11.10.2026

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Oktyabrın 11-də gecə saatlarında İrəvanda Xaçatur Abovyan muzeyinin yaxınlığında və Tiflis şosesində atışma baş verib.
Bizim.Media xəbər verir ki, bıçaq və ya güllə yarası alan 3 nəfər təcili yardım briqadası tərəfindən Mikaelyan adına Cərrahlıq İnstitutuna çatdırılıb. Həkimlər yaralıların əməliyyatda olduğunu və ifadə verə bilməyəcəklərini bildiriblər.
Silahlı şəxs zərərsizləşdirilib: Tiflis şosesində patrul əməkdaşları üzərində qan ləkələri olan və avtomatla silahlanmış şəxsi zərərsizləşdirərək 8 nömrəli İrəvan xəstəxanasına təhvil veriblər.
Hadisə yerində avtomat gilizləri və qan izləri aşkarlanıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью