İrəvanda Azərbaycan mahnısını kimlər ifa edib?

31.01.2025

Icma.az bildirir, Missiya.az portalına istinadən.

Ötən axşam İrəvanın Republika meydanında Azərbaycan mahnısının ifa edilməsi Ermənistan sosial şəbəkələrində geniş rezonans doğurub.

Missiya.Az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti həmin mahnının səsləndirilməsi ilə bağlı açıqlama yayıb.

Bildirilib ki, Azərbaycan mahnısını ifa edən şəxslər İran vətəndaşları olub.

Ermənistan Millli Təhlükəsizlik Xidməti onların adlarını da açıqlayıb: Milad Qəhrəmaniəfşar, Behzad Qafari Şabanlou, Mehdi Məhəmmədi, Hamed Aziz Maleki və Nadir Qafari.

Daşqın Həsənov
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью