İrəvanda gərginlik: Rusiyayönlülərin terror cəhdi Silahlar tutuldu VİDEO

10.07.2025

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Ermənistanın İstintaq Komitəsi bu gün “Daşnaksütyun” partiyasının üzvlərinə qarşı keçirilən axtarışlar və saxlanılmalarla bağlı açıqlama verib.

Bakupost.az erməni KİV-ə istinadən xəbər verir ki, terror aktı hazırlamaq və qanunsuz olaraq odlu silah-sursat saxlamaq işi ilə bağlı 7 nəfər saxlanılıb.

Qurumdan bildirilib ki, saxlanılanlardan biri barəsində “terror aktı hazırlamaq” maddəsi ilə cinayət işi başlanılıb.

Axtarışlar zamanı avtomat silahlar, elektrik detonatoru, ona aid komponentlər, döyüş qumbarası, qumbara alışdırıcısı, barıt, radioəlaqə vasitələri və digər əşyalar aşkar edilib.

Lalə,

BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью