İrəvanda Gürcüstan dövlət nömrə nişanlı Cadillac a atəş açılıb: Yaralanan var | Icma.az
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ermənistanın paytaxtı İrəvanda baş verən atışma zamanı bir nəfər yaralanıb.
Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, aprelin 14-də təxminən saat 1:50-də polisə Maştots prospektində atəş səslərinin eşidildiyi barədə məlumat daxil olub.
Hadisə nəticəsində "Cadillac" markalı avtomobilin ön şüşəsi, həm də park edilmiş "Jeep" avtomobili zədələnib.
Məlumata görə, Gürcüstan dövlət nömrə nişanlı "Cadillac" markalı avtomobildə olan vətəndaşa ilkin tibbi yardım göstərdikdən sonra o xəstəxanaya çatdırılıb.
Qeyd olunub ki, hadisə yerindən 20-30 metr məsafədə 10-dan çox giliz, dörd güllə və qan izləri aşkar edilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu