Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. İrəvanda dava getdikcə qızışır.
Hakimiyyət uğrunda savaşa rusiyapərəstlərin dəstək verməsi Moskvanın da planlarına uyğundur.
Əslində isə bütün proseslərin qarşıdurma səviyyəsinə çatmasında Moskvanın birbaşa əlinin olmasına kimsə şübhə etmir.
Paşinyanın KTMT-dən çıxmaq fikrində israrlı olması, Zəngəzur dəhlizinə nəzarət məsələsindən Rusiyanın kənarlaşdırılması Kremlin qəzəbinə səbəb olub.
Odur ki, rıçaqlar işə düşüb, Paşinyanı baş nazir kreslosunda görmək istəməyən fərqli siyasi qütblər bir araya gəliblər, daha doğrusu birləşiblər.
Ermənistan rəhbərliyi bu prosesdə populyarlığını qurban verərək, Erməni Apostol Kilsəsinə (AAK) təzyiq göstərməkdə davam edir.
Son bir ildə baş nazir Nikol Paşinyana etimad 8% azalıb, kilsəyə etimad isə 10% artıb.
Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan ÜAK rəhbərliyini katolikos II Karekini (Ktriç Nersisyan) istefaya göndərməyə çağırıb.