İrəvanda məişət mübahisəsi silahlı insidentə çevrildi VİDEO KONKRET

03.08.2026

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İrəvanda günün günorta çağı məişət zəminində baş verən mübahisə silahlı insidentlə nəticələnib.

KONKRET.az xəbər verir ki, hadisə zamanı tərəflər arasında yaranan qarşıdurma böyüyərək atışmaya çevrilib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.

İlkin məlumata görə, insident məişət münaqişəsi zəminində baş verib. Hadisənin təfərrüatları, iştirakçıların kimliyi və xəsarət alanların olub-olmaması barədə əlavə məlumat verilməyib.

Hüquq-mühafizə orqanlarının araşdırmasının nəticələrinə əsasən hadisənin bütün detalları açıqlanacaq.

Rəsmiyyə Şərifova,
KONKRET.az

https://konkret.az/cloud/uploads/2026/08/WhatsApp-Video-2026-08-03-at-10.50.09.mp4

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью