İrəvanda müəmma: Paşinyan yoxa çıxdı

01.08.2025

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Hazırda Ermənistan hakimiyyəti daxilində vəziyyət qeyri-müəyyəndir. Son günlər Baş nazir Nikol Paşinyan da  “yoxa çıxıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti yazıb.

Nəşr bildirib ki, Paşinyan nə paylaşım edir, nə də kilsə prosesləri ilə bağlı planlarına aydınlıq gətirir:

“Onun konkret addımlara nə vaxt başlayacağı bəlli deyil. KP daxilində vəziyyət birmənalı deyil. Paralel olaraq, Prezident Vaaqn Xaçaturyanın sürpriz səfərləri müzakirə obyektinə çevrilib. O, kənd sakinləri ilə qəribə danışır, dövlətin pul probleminin olmadığını bəyan edir. Hakimiyyət daxilində prezidentin niyə ön sıralarda göründüyü, Nikol Paşinyanın  isə yoxa çıxması ilə bağlı qızğın söhbətlər gedir”.

Qeyd edək ki, Ermənistan Prezidenti Vaaqn Xaçatryan iyulun 30-da Sünik (Zəngəzur) vilayətinə səfəri çərçivəsində bu bölgənin sərhədyanı kəndlərini və hərbi hissələrdən birini ziyarət edib.

Əliyar Xəlil
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью