İrəvanda müstəntiqlərə kütləvi hücum: Sərxoş polis saxlanıldı

23.08.2026

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İrəvanda sərxoş polis əməkdaşı 20-dən çox nəfərlik qrupla birlikdə iki müstəntiqi döyüb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan sosial şəbəkələrdə bildirib.

O qeyd edib ki, polis əməkdaşı qohumları və dostlarından ibarət 20-dən çox nəfərlik qrupla birlikdə iki müstəntiqi amansızcasına döyüb.

Hadisə ilə bağlı cinayət işi açılıb. Sözügedən polis əməkdaşı və onun iki qohumu saxlanılıb.

Müəyyən edilib ki, hücum zamanı polis əməkdaşı sərxoş vəziyyətdə olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью