İrəvanda oxunan “Qarabağ”: Milyonlarla Azərbaycan türkünün səsi | Icma.az
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq. Güney Azərbaycan Milli Oyanış Hərəkatı İrəvanın mərkəzi meydanında “Qarabağ” mahnısı oxuyan
Bu barədə “Cebheinfo.az”-a GÜMOH İdarə Heyətinin üzvü Ağrı Qaradağlı açıqlama verib.
Qeyd edək ki, yanvarın 30-da sosial şəbəkələrdə Güney Azərbaycandan olan bir qrup şəxsin İrəvanın “Respublika” meydanında bəstəkar Bəhram Nəsibovun “Qarabağ” mahnısını oxuduğunu əks etdirən videolar yayılıb.
Bu görüntülər Ermənistanda radikal millətçilərin etirazına səbəb olub.
Ermənistan Milli Təhlükəsizlik Xidməti isə yaydığı məlumatda həmin əcnəbilərin 2024-cü il dekabrın 24-dən yanvarın 3-dək ölkə ərazisində olduqlarını, sonra isə İrana qayıtdıqlarını bildirib.
Lakin ermənilər bu videonu siyasiləşdirib, fevralın 1-də yenidən küçələrə çıxaraq etiraz aksiyaları keçiriblər.
Nikol Paşinyan hökuməti özünü kütlənin qəzəbindən sığortalamaq üçün bu günlərdə yenidən Ermənistana qayıdan Milard Qəhrəmaniəfşarı şərləyərək həbs etdirib.
Bir sıra mənbələr onun adını Milard Vahidi kimi təqdim edir.
Tam oxu
Xəbəri oxu