İrəvanda polis Rusiya əleyhinə etiraz aksiyasına müdaxilə edib

21.05.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 21 may, AZƏRTAC

Bu gün İrəvanda Ermənistan və Rusiyanın xarici işlər nazirləri Ararat Mirzoyan və Sergey Lavrovun mətbuat konfransı keçirdikləri respublika Xarici İşlər Nazirliyinin binası qarşısında Rusiya əleyhinə etiraz aksiyası təşkil olunub. Aksiya polisin müdaxiləsi ilə dayandırılıb.

AZƏRTAC xəbər verir ki, etiraz aksiyasını Ermənistanın Avropa İttifaqına daxil olması və Rusiya ilə münasibətləri kəsməsi ideyasını dəstəkləyən “Avroblok”un nümayəndələri təşkil ediblər. Aksiyada onlarla insan iştirak edirdi.

Xüsusi təyinatlı polis bölmələri əllərində Rusiya əleyhinə plakatlar tutan etirazçıları sıxışdıraraq Ermənistan Xarici İşlər Nazirliyinin binasından uzaqlaşdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью