Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İrəvanda naməlum şəxslər Qarabağ müharibəsində ölən ernəni döyüşçülərin xatirəsinə ucaldılmış xaçkarı (xaç formalı daş abidə) zədələyiblər.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hadisənin gecə saatlarında baş verdiyi ehtimal olunur.
Xaçkar 2007-ci ildə İrəvanın Adonts küçəsində ucaldılıb.
Qeyd edək ki, bu, həmin memoriala qarşı ilk hadisə deyil. Oxşar olay 2022-ci ilin avqustunda da baş verib.