İrəvanda seçki öncəsi hərbi parad keçiriləcək

18.02.2026

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Ermənistanda may ayının 28-də hərbi parad keçiriləcək. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Qeyd olunub ki, parad seçkilərdən 10 gün əvvələ təsadüf edir: "Müstəqillik Günündə keçiriləcək parad PR məqsədi daşıyır.

Parada hazırlıqlar dekabr ayından bəri davam edir, Müdafiə Nazirliyinə hərbi hissələrdən əsgərləri, eləcə də qadın hərbçiləri cəlb etmək tapşırılıb. Onlar artıq paradın məşqlərinə başlayıblar".

Qeyd edək ki, 44 günlük müharibə ərzində Ermənistan ordusunda 10 mindən çox fərarilik halı qeydə alınmışdı. 

Ağarza Elçinoğlu 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью