İrəvanda silahlı insident olub

23.09.2026

Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hadisə yerində işlənmiş patronlar, qırıq şüşələr tapılıb

Sentyabrın 23-də İrəvanda silahlı qarşıdurma baş verib. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, polis İrəvanın Davidaşen şossesindən Aştarak istiqamətindəki yol hissəsində, “Metal Baza” şirkətinə bitişik ərazidə dava və silah səslərinin eşidildiyi barədə məlumat alıb.

Hadisə yerində müxtəlif odlu silahlardan atılmış gilizlər, güllə, beysbol dəyənəkləri, qan izləri, sınmış şüşələr və daşlar tapılıb.

Hadisə ilə bağlı cinayət işi başlanıb.

Həmçinin hər hansı bir xəstəxananın hadisə barədə məlumat verib-vermədiyi araşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью