Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İrəvanda Yerablur hərbi panteonunda Qarabağda ölən erməni hərbçilərin xatirəsinə həsr olunan memorial kompleksinin açılış mərasimi keçirilir.
“Cebheinfo.az” xəbər verir ki, bundan əvvəl “Arariç” ictimai təşkilatı bu barədə bəyanat yayıb.
Memorial Qarabağ döyüşlərində həlak olanların, həmçinin 2023-cü il sentyabrın 25-də yanacaq anbarında baş vermiş partlayış nəticəsində həlak olanların xatirəsinə həsr olunub.
Belə bir mərasimin keçirilməsinin Azərbaycanla sülh prosesinə təsiri yaxın zamanda bəlli olacaq.
Xəzər
“Cebheinfo.az”