İrəvanda TRIPP proqramının rəsmi “Facebook” səhifəsi açılıb

01.09.2026

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Beynəlxalq Sülh və Rifah Naminə Tramp Yolu Proqramı”nın (TRIPP) rəsmi “Facebook” səhifəsi istifadəyə verilib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səhifə Ermənistan Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamenti ilə əməkdaşlıq çərçivəsində yaradılıb.

“Səhifədə TRIPP proqramı ilə bağlı təfərrüatları və ən son yenilikləri tapa bilərsiniz. 

Məlumat burada müxtəlif formatlarda təqdim olunacaq və TRIPP ilə bağlı ən son məlumatlara çıxışı təmin edəcək”, - deyə məlumatda qeyd edilir.

Səhifə Ermənistan Xarici İşlər Nazirliyi və ABŞ-nin Ermənistandakı səfirliyinin komandaları tərəfindən idarə olunacaq.

ABŞ-nin Ermənistandakı səfirliyi də bu barədə oxşar açıqlama yayıb.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью