Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ermənistan paytaxtında baş verən bıçaqlanma hadisəsində xarici ölkə vətəndaşı ciddi xəsarət alıb.
“AzPolitika” xəbər verir ki, erməni mətbuatının yazdığına görə, hadisə bir neçə gün əvvəl baş verib.
Polisə Akop Paronyan küçəsində bıçaq xəsarətləri olan gəncin tapılması barədə əməliyyat məlumatı daxil olub. Təcili yardım briqadası gənci Birinci Klinik Xəstəxanaya çatdırıb.
Polis yaralının Türkmənistan vətəndaşı Erdan Egenqurdiyev adlı şəxs olduğunu müəyyən edib. Fakt əsasında polis sənədləri Ermənistan İstintaq Komitəsinə təqdim edib. Türkmənistan vətəndaşının Ermənistana nə üçün gəldiyi, orada nə ilə məşğul olduğu açıqlanmır.
“AzPolitika.info”