Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin məlumatına görə, İrəvanda "Ermənistan Elektrik Şəbəkələri" (ENA) şirkətinə məxsus yarımstansiyada yanğın baş verib. Yanğın barədə məlumat saat 17:07-də daxil olub.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb
ENA-nın müvəqqəti rəhbəri Romanos Petrosyanın sözlərinə görə, yarımstansiyada baş verən yanğından sonra İrəvanda təxminən 5000 abonent işıqsız qalıb:
“Yanğın söndürüldükdən sonra ekspert qiymətləndirməsi aparacağıq. Artıq sabah daxili araşdırma təyin olunacaq".
Daha sonra Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan İrəvandakı yarımstansiyada baş verən yanğının lokallaşdırıldığını açıqlayıb.
O bildirib ki, yanğınla mübarizə zamanı iki xilasedici dəm qazından zəhərlənib.
— News (@02042006Afa) September 27, 2026
Bizim.Media