İrəvandakı “Rus evi” də bağlanacaqmı? | Icma.az
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsində Qərb təşkilatlarının fəaliyyətinə geniş imkanlar yaratsa da, Rusiyanın mərkəz və media resurslarının İrəvandakı fəaliyyətlərini hələ ki, əngəlləmir.
Əksinə, İrəvandakı “Rus evi” son vaxtlar fəaliyyətini genişləndirib, Ermənistandakı məktəb və universitetlərinə rus dilində dərsliklər paylayır, şagirdlərin Rusiyanın Gümrüdəki hərbi bazasına tanışlıq səfərləri təşkil edir.
İrəvandakı “Rus evi” Ermənistan Elmlər Akademiyasının elmi mərkəzi ilə əməkdaşlıq əlaqələri də qurub.
Müqavilə birgə tədqiqat layihələrini, konfrans və seminarların təşkilini nəzərdə tutur".
Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu özünün feysbuk səhifəsində yazıb: "Bu İrəvandakı “Rus evi”nin fəaliyyətinin görünən tərəfidir.
Bakıda fəaliyyəti dayandırılan “Rus evi” kimi İrəvandakı “Rus evi” də Ukrayna əleyhinə sərgilər keçirib, Donbass separatçılarının “qəhrəmanlıqları” barədə mətnlər yayıb.
Ümumiyyətlə “Rus evləri” Moskvadan idarə olunduğuna görə, bu mərkəzlərin hər birinə eyni təlimatlar göndərilir.
Tam oxu
Xəbəri oxu