İrəvandan 10 noyabr bəyanatı ilə bağlı açıqlama

20.02.2025

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistan hökuməti 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına qayıtmaq məsələsini nəzərdən keçirmir.

Globalinfo.az APA -ya istinadən xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

O deyib ki, sənədin 8 bəndi icra edilmədiyi üçün 9-cu bənd səbəbindən həmin sənədə qayıtmaq təəccüb doğurur:

“İrəvan öz imzasından ona görə imtina etmir ki, hazırda sənədin kənarda qalan hər hansı müddəası mövcud deyil və bu reallıqdır”.

Qriqoryan həmçinin ölkənin Konstitusiyasının yeni mətnindən 1990-cı ildə qəbul edilmiş Müstəqillik Bəyannaməsinin çıxarılacağı barədə xəbəri təsdiqləməkdən imtina edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью