İrəvandan açıqlama: “Sülh sazişinin çətin məqamları...”

06.12.2024

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlar dalana dirənməyib.

Globalinfo.az teleqraf.com-a istinadən xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının parlament fraksiyasının katibi Artur Ovannisyan deyib.

Deputatın sözlərinə görə, danışıqlar prosesi davam edir, amma müəyyən çətinliklər var:

“Mübahisəli məqamlar var ki, bunların müzakirəsi daha mürəkkəbdir və müəyyən vaxt tələb edir. Amma dalana dirənməkdən söhbət getmir. Proses gedir”.

Ovannisyan vurğulayıb ki, Bakı və İrəvan sülh sazişini yekunlaşdırmaq üçün işləməkdə davam edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью