İrəvandan Bakıya təyyarə uçub

11.12.2024

Icma.az, Anews portalına istinadən məlumat verir.

Ötən gün axşam saatlarında İrəvanın "Zvartnots” hava limanından qalxan təyyarə Bakıya enib.

"Qafqazinfo” xəbər verir ki, dekabrın 11-də saat 17:00-da İrəvandan Bakıya "Enter Air” aviaşirkətinin təyyarəsi uçub.

"Hava gəmisi”nin göyərtəsində NATO Müdafiə Kollecinin kursantlarının olduğu güman edilir.
Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi kollecin rəhbəri general-leytenant Maks Nilsenin rəhbərlik etdiyi nümayəndə heyətinin dekabrın 10-11-də Ermənistanda səfərdə olduğunu bildirmişdi. O, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Xarici İşlər Nazirliyi və Təhlükəsizlik Şurasının nümayəndələri ilə görüşlər keçirib.
"Enter Air”in çarter reysi bir gün əvvəl - dekabrın 9-da kollecin yerləşdiyi Romadan İrəvana gəlib.
www.anews.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью