İrəvandan Bakıya və əks istiqamətdə 66 təyyarə reysi olub

25.12.2024

Icma.az bildirir, Modern.az portalına istinadən.

Son beş ildə İrəvandan Bakıya və əks istiqamətdə 66 reys həyata keçirilib.
Modern.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan-a Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyindən bildirilib.

Belə ki, 2024-cü il dekabrın 11-də İrəvandan Bakıya beynəlxalq şirkətin sifarişi ilə çarter reysinin həyata keçirildiyi məlum olub. Departamentdən yazılı sorğuya cavab olaraq, bu uçuşun ilk olmadığını izah ediblər.

“Son beş il ərzində, 2020-ci ildən başlayaraq, beynəlxalq nümayəndə heyətlərinin daşınması üçün İrəvandan Bakıya və geriyə 66 dövlət reysi yerinə yetirilib”.

Eyni zamanda, İrəvan-Bakı-İrəvan marşrutu ilə hərəkət edən avialaynerlər iki trayektoriya üzrə uçur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью