İrəvandan Moskvanın “Tramp marşrutu” ilə bağlı iddiasına CAVAB

01.07.2026

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Hazırda TRIPP layihəsi (“Tramp marşrutu”) Ermənistan-ABŞ formatında həyata keçirilir, müvafiq saziş imzalanıb, hazırda icra mərhələsindədir”.

Redaktor.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan deyib.

Moskvanın TRIPP-in Rusiyanın iştirakı olmadan səmərəli olmayacağı və İrəvan üçün hansısa formatda Rusiyanın layihəyə qoşulmasının məqbul olub-olmaması ilə bağlı suala cavab verən nazir müavini bildirib: “Gələcəklə bağlı indidən hansısa fərziyyələr irəli sürmək istəməzdim. Düşünürəm ki, buna ehtiyac yoxdur”.

TRIPP-in həyata keçirilməsi halında bunun Avrasiya İqtisadi Birliyinin (AİB) qaydalarına uyğun olub-olmayacağı barədə suala isə Safaryan müsbət cavab verib.

“Hazırda Ermənistan Respublikası AİB-in üzvüdür və AİB-in tranzit qaydaları qüvvədədir. AİB-in gömrük tənzimləmələrini bizim gömrük orqanlarımız həyata keçirir. Buna görə də burada heç bir problem görmürük. Bu mərhələdə hansısa problem yaranmır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью