İrəvandan Moskvaya demarş: | Icma.az
Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir. Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş?
Yanvarın 14-də Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Tədbir İrəvan vaxtı ilə saat 22:00-da baş tutub və Ermənistan XİN-in platformalarında işıqlandırılıb.
İmzalanma mərasimi ABŞ Dövlət Departamentinin “YouTube” kanalında canlı yayımlanıb.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın digər ölkələrlə münasibətləri inkişaf etdirmək üçün suveren hüquqa malik olduğunu deyib: “Biz əsas məsələdən çıxış etməyə davam edirik: bizim Ermənistanla öz ikitərəfli münasibətlərimiz var, biz bu əlaqələri yüksək qiymətləndiririk və biz onları daha da inkişaf etdirmək niyyətindəyik.
İkitərəfli aspektlərlə yanaşı, inteqrasiya prosesləri çərçivəsində, o cümlədən Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində qarşılıqlı fəaliyyətimizin aspektləri, əlbəttə, bizim üçün çox vacibdir”.
Xatırladaq ki, yanvarın 9-da Ermənistan hökuməti ölkənin Avropa İttifaqına (Aİ) daxil olması haqqında qanun layihəsini təsdiqləyib.
Tam oxu
Xəbəri oxu