Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiyada Ermənistan ərazisində yaradılan “Firebird AI” zavodunun kəşfiyyat məqsədləri üçün istifadə oluna biləcəyi barədə səslənən iddialar İrəvanın etirazına səbəb olub. Ermənistanın yüksək texnologiyalar sənayesi və süni intellekt naziri David Tadevosyan bu iddiaları “siyasiləşdirilmiş və qeyri-ciddi” adlandırıb.
Bakıvaxtı.az xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında Rusiya telekanallarında “Firebird AI” zavodu ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.
“Məncə, bu, siyasiləşdirilmiş qiymətləndirmədir. Bundan sonra belə zavodlar infrastruktur əhəmiyyəti daşıyacaq. Hesablama gücü və resurs tələb edən istənilən məsələ bu cür strukturların imkanlarından istifadə edilməklə həll olunacaq”, – Tadevosyan deyib.
Nazir Rusiya mediasının iddialarını tənqid edərkən avtomobillə müqayisə aparıb. Onun sözlərinə görə, avtomobildən də cinayət törətmək üçün istifadə etmək mümkündür, lakin bu, avtomobillərin istifadəsinin qadağan və ya məhdudlaşdırılması üçün əsas sayıla bilməz.
“Bu cür spekulyasiyaların hamısı siyasiləşdirilmiş və qeyri-ciddidir. Əgər belə bir ittiham irəli sürülürsə, konkret faktlar təqdim olunubmu? Faktlar təqdim edilərsə, məmnuniyyətlə oturub onları müzakirə edərik. İndiyədək deyilənlərin hamısı daha çox spekulyasiya sahəsinə aiddir”, – Tadevosyan bildirib.
Beləliklə, Ermənistan hökuməti “Firebird AI”nin kəşfiyyat obyekti ola biləcəyi barədə Rusiya mediasında səslənən iddiaları rədd edir və Moskvadan bu iddiaları əsaslandıracaq konkret faktların ortaya qoyulmasını tələb edir.