Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ötən gün Azərbaycanın vətəndaş cəmiyyətləri nümayəndələri Ermənistanın paytaxtı İrəvanda olublar.
Onlar Ermənistan nümayəndələri, həmçinin rəsmi şəxslərlə görüşüblər.
Azərbaycanı Fərhad Məmmədov (Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri), Rusif Hüseynov (Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru), Ramil İskəndərli (Milli QHT Forumu İdarə Heyətinin sədri), Kəmalə Məmmədova və Dilarə Əfəndiyeva (Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin Qadınlar Sülh və Əmin-Amanlıq Mərkəzinin rəhbəri) təmsil ediblər.
Erməni tərəfdən isə müzakirələrdə Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanian, Narek Minasyan və Samvel Meliksetyan iştirak ediblər.
Tədbir Vaşinqtonda 8 avqust 2025-ci ildə qəbul edilən Birgə Bəyanatın ruhuna uyğun olaraq sülh gündəminin irəlilədilməsinə yönəlib və bu formatda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin ilk görüşü olub.
Modern.az görüşdə iştirak edən azərbaycanlı QHT sədrlərilə həmsöhbət olub.
Saytımıza açıqlamasında Dilarə Əfəndiyeva bildirib ki, görüş çox səmərəli keçib: “Məqsəd vətəndaş cəmiyyətlərini artıq sülh prosesinə cəlb etmək və onun istiqamətlərini müzakirə edib üzə çıxarmaq idi.