İrəvandan sərhəd anonsu: Bütün ssenarilərə hazırıq”

09.06.2025

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Ermənistan Türkiyə və Azərbaycanla sərhədlərin açılması halında bütün ssenarilərə hazırdır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Dövlət Gəlirləri Komitəsinin rəhbəri Eduard Akopyan parlamentdə jurnalistlərə bildirib.

“Bizim vəzifəmiz istənilən ssenari üzrə gömrük nəzarətini təşkil etməkdir. Əgər söhbət sərhədlərin açılmasından gedirsə, o zaman sadəcə buna hazır olmalıyıq. Məsələn, bizdə gömrük nəzarətini həyata keçirməyə imkan verən müvafiq avadanlıq və mexanizmlərə malik “Marqara” keçid məntəqəsi var”, – o deyib.

Əliyar Xəlil
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью