GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Sülh sazişi imzalanmağa hazırdır və Ermənistan bu tarixi addımı atacaq”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Milli Məclisinin sədr müavini Akop Arşakyan Daşkənddə keçirilən Parlamentlərarası İttifaqın 150-ci Assambleyasında çıxışı zamanı deyib.
“Ermənistan xalqı olaraq bilirik ki, sülhün təmin edilməsi uzun və zamanla çətin bir prosesdir. Biz bu istiqamətdə mühüm addım atmışıq. Ermənistan Azərbaycanla sülh sazişi layihəsinin razılaşdırıldığını və danışıqların uğurla yekunlaşdığını təsdiqləyir. Artıq sülh sazişi imzalanmağa hazırdır və Ermənistan bu tarixi addımı atacaq”, – Arşakyan deyib.
Aysel Əliyeva
Globalinfo.az