İrəvandan Zəngəzur açıqlaması: “Mümkün deyil”

18.12.2024

Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir.

Ermənistanın “qırımzı xətt”i var, Zəngəzur dəhlizi olmayacaq.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan jurnalistlərə deyib.

“Dəfələrlə təkrar etmişik ki, “qırmızı xətlər” var. Bu, (Zəngəzur dəhlizi) sadəcə mümkün deyil. Mən bunu müzakirə və şərh etmək belə istəmirəm. Bu, baş verməyəcək, olmayacaq”, - ölkə rəsmisi bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью