Icma.az, Publika.az portalına istinadən məlumatı açıqlayır.
Ermənistanda olan Polşa prezidenti Andjey Dudanın səfər proqramında iki məqam diqqət çəkir.1.
Duda İrəvanda Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edir; 2.
O, Azərbaycan-Ermənistan sərhədinə - Arazdəyənə baş çəkəcək (27 noyabrda) və Avropa İttifaqının müşahidə missiyasının fəaliyyəti ilə yerində tanış olacaq;2025-ci ilin yanvarından etibarən Avropa İttifaqı Şurasının rəhbərliyi Polşaya keçəcək, Dudanın aktivliyi bundan qaynaqlanır.
Hərçənd, Bakı və İrəvana səfər arasında balansın pozulduğu amili mövcuddur.
Duda Bakıya COP29-da iştirak üçün gəlmişdi və paralel olaraq, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələsini də müzakirə etdi, Ermənistana isə xüsusi səfər proqramı ilə gedib.Aİ-yə rəhbərlik edəcək Polşa prezidentinin İrəvana xüsusi səfəri və sərhədə - Arazdəyənə ziyarət planı ittifaqın Ermənistanda müşahidə missiyasının gələcəyi ilə bağlıdır.
Fəaliyyət müddəti 2025-ci ilin 19 fevralında başa çatacaq missiyanın daha iki il Ermənistanda qalması fikri var.
Bunu İrəvan da istəyir, Brüssel də. Lakin missiyanın fəaliyyət müddətinin uzadılması üçün Aİ-də yekdil qərar verilməli - 27 üzv dövlətin ham