Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ermənistanda diplomatik fəaliyyətini başa vuran İran səfiri Mehdi Sübhani bildirib ki, İrəvan marşrutlar üzərində pasport, gömrük və təhlükəsizlik baxımından tam nəzarəti saxlayacaq.
Maraqlıdır, Bu nəzarət Azərbaycan üçün hansı məhdudiyyətləri yarada və Bakı-İrəvan münasibətlərində gələcəkdə hansı diplomatik gərginliklərə səbəb ola bilər?
Mövzunu Konkret.az-a politoloq Züriyyə Qarayeva şərh edib: “İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin “marşrutlara tam nəzarət Ermənistanın əlində qalacaq” bəyanatı, regionun həssas siyasi reallıqlarını bir daha gündəmə gətirir.
Bu mövqe əslində Bakı üçün bir sıra məhdudiyyətlər və risklər yaradır.
Əvvəla, əgər sərhəd-keçid, gömrük və təhlükəsizlik tam şəkildə Ermənistanın nəzarətində qalırsa, bu, Azərbaycanın Naxçıvanla birbaşa, nəzarətsiz və maneəsiz dəhliz yaratmaq planlarına ziddir.
Azərbaycanın hədəfi Zəngəzur vasitəsilə sərbəst tranzit yolunun açılmasıdır.
Ermənistanın gömrük və pasport nəzarətində israrı isə bu yolun “dəhliz” deyil, sadəcə “marşrut” statusu daşıması deməkdir.