İrəvanın mərkəzində azərbaycanlılar Qarabağ mahnısını oxudular

30.01.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

İrəvanın mərkəzi meydanında bir qrup azərbaycanlı doğma dillərində "Qarabağ" mahnısını ifa edib.

Oxu.Az xəbər verir ki, kadrları Ermənistanın bir sıra "Telegram" kanalları yayıb.

Ermənilər baş verənlərlə bağlı təəccüb və hiddətlərini bildiriblər. Onlar İrəvan polisini fəaliyyətsizlikdə günahlandırıblar.

Qeyd edək ki, mahnı ifaçılarının İran azərbaycanlıları olduqları bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью